
“Qarabağ”ın “Sabah”la oyununa bilet satışı başlayır
- 19 Fev 2025 18:40
- 75
Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - "Sabah" oyununun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.