“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros İtaliyada klubunu dəyişib.

Rekord.az xəbər verir ki, isveçli hücumçu B Seriyasında “Benevento”dan “Krotone”yə keçib.

Bu barədə “Krotone”nin rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Armenteros 2015/16 mövsümünü “Qarabağ”da keçirib.