Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovunun çıxış etdiyi “Kocaelispor” öz meydanında “Balıkesirspor”u qəbul edib. 3:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin hər üç qolunu Ndlovu vurub. Cənufi afrikalı futbolçu 2, 17 və 40-cı dəqiqələrdə fərqlənib. 

Bu qələbə sayəsində Kocaeli təmsilçisi 7-ci yerə yüksəlib (7 xal).