
“Qarabağ”ın sabiq futbolçusu B Seriyasında
- 16 Apr 2025 14:40
- 98
Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva özünə yeni komanda tapıb.
Rekord.az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcək.
O, bu ölkənin B Seriyası təmsilçisi “Operario Ferroviario” klubu ilə müqavilə imzalayıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da oynayıb. O, sonra karyerasını müvafiq olaraq “Nasional” və “Torreense”də (hər ikisi Portuqaliya) davam etdirib. Vaqner 2024-cü ilin yayından klubsuz idi.