“Jirona" heyətinə yeni futbolçu qatıb.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi "Aberden"dən Boyan Miovskini transfer edib. 25 yaşlı mərkəz hücumçusu ilə 4 illik müqavilə imzalanıb.

Şimali makedoniyalı futbolçu Azərbaycanda da çıxış edib. O, 2017-ci ildə "Qarabağ"ın U-19 komandasında oynayıb.