“Qarabağ”ın sabiq futbolçusu: “Prosineçki ikiüzlü idi”
- 19 Fev 2020 16:20
- 754
“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç bir müddət Azərbaycan millisini də çalışdıran Robert Prosineçkini ikiüzlü adlandırıb.
Rekord.az xəbər verir ki, yenidən Bosniya və Herseqovina milli komandasına dəvət alan qapıçı yerli mətbuata verdiyi açıqlamada Prosineçki haqda danışıb:
“Baş məşqçi Dusan Bayeviç və köməkçiləri bu yaxınlarda yanıma gəldilər və məni izlədilər. Məşqçilərin futbolçuları izləməsi, onlarla maraqlanması yaxşı haldı, bundan məmnunam. Mən hər zaman milli komanda üçün çalışmışam. Ancaq keçmiş baş məşqçi Prosineçki ikiüzlü idi. Mənə başqa, mətbuata başqa sözlər deyirdi”.
Cari mövsümün ilk dövrəsini “Qarabağ”da keçirən Beqoviç, hazırda icarə əsasında “Milan”da çıxış edir. 32 yaşlı qapıçı müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsusdu.