“Qarabağ”ın sabiq futbolçusu yemək almağa pul tapmır
- 27 Noy 2019 15:46
- 808
“Qarabağ” klubunun və Latviya millisinin sabiq futbolçusu Andrey Rubin maddi çətinliklərlə üzləşib.
Rekord.az xəbər verir ki, bu barədə “Metta” futbol klubunun baş katibi Qirts Mixelson özünün “tvitter” hesabında yazıb.
Mixelson Rubinin yemək almaq üçün pul tapa bilmədiyini bildirib:
“Rubinin milli komandadakı əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda Rubin yaşamaq üçün pul tapa bilmir”.
O, keçmiş futbolçunun bank hesabının nömrəsini yazaraq, ona kömək göstərilməsini xahiş edib.
Rubin Azərbaycanda “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) forma geyinib. O, karyerasını 2012-ci ildə bitirib.