"Qarabağ"ın sabiq qapıçısı: "Qalatasaray" və "Beşiktaş"dan təklif gəlməyib"
- 28 İyl 2020 16:19
- 695
“Erzurumspor”un yenidən Super Liqaya qayıtması sevindiricidir. Ötən mövsüm bəxtimiz gətirmədiyi üçün aşağı liqaya düşmüşdük. Ancaq bu il toparlanıb özümüzə gələ bildik. Karyeramdakı 12-ci kuboku qazandım. Amma bu çempionluğun mənim üçün ayrı yeri olacaq”.
Rekord.az xəbər verir ki, bu sözləri hazırda "Erzurumspor"da çıxış edən “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Sabah.com” saytına açıqlamasında deyib.
33 yaşlı qolkiper gələcək karyerası barədə də danışıb. O, adının davamlı “Qalatasaray” və “Beşiktaş”la çəkilməsinə də münaisbət bildirib: “Erzurumspor”la müqaviləm bitib. Burada qalmaq istəyərəm. 5-6 gün istirahət edib daha sonra gələcəyimlə bağlı qərar verəcəm.
“Beşiktaş” və “Qalatasaray”ın mənimlə maraqlandığını oxuyuram. Ancq onlardan mənə rəsmi təklif gəlməyib. Bosniya və Herseqovinanın bir nömrəli qapıçısıyam. Davamlı oynana biləcəyim yerə getmək istəyirəm”.
Təcrübəli qolkiper “sarı-qırmızılar”ın qapıçısı Fernnado Muslera barəsində da danışıb. Şehiç onunla bərabər oynamaq istədiyini açıqlayıb: “Musleranın zədələnməsinə çox pis oldum. Möhtəşəm oyunçudur.
“Qalatasaray”da 9 ilə 14 kuboku var. Mən də bu günə qədər 12 kubok qazanmışam. Onunla eyni komandada ola bilərik. Bərabər daha çox kuboklar qazanacağımızı düşünürəm”.
Erzurum təmsilçisi Birinci Liqada çempion olub və Super Liqaya vəsiqə qazanıb. İbrahim Şehiç 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib