Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın “Sileks”lə matçının keçiriləcəyi tarix məlum olub.

Rekord.az xəbər verir ki, Ağdam klubunun Şimali Makedoniya təmsilçisi ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşması avqustun 18-də keçiriləcək.

Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Matça saat 20:00-da start veriləcəyi diqqətə çatdırılıb.