![photo](https://www.rekord.az/storage/uploads/5/365138520-3564915590426118-3770010983860428216-n.jpg)
“Qarabağ”ın tempinə uyğun çıxış etməliyik” - “Rakuv”un kapitanı
- 01 Avq 2023 18:59
- 348
Polşanın “Rakuv” klubunun kapitanı Zoran Arseniç “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ərəfəsində fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu mərhələyə gəlib çıxdığımız üçün şadıq. Çempionlar Liqasında mübarizə aparmaq qürurvericidir. Sabahkı görüşə də ciddi hazırlaşmışıq. “Qarabağ” kifayət qədər güclü komandadır. Bakıda daha diqqətli olmalıyıq. “Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”.