Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun vaxtı bəlli olub.

Rekord.az xəbər verir ki, qarşılaşma gələn il baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə oyunun 2021-ci il fevralın 8-də keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, oktyabrın 4-də keçirilməli olan bu qarşılaşma milli komandaların hazırlıq prosesi ilə əlaqədar təxirə salınmışdı.