“Qarabağ” transfer çətinliyi ilə üzləşib.

Rekord.az-a daxil olan məlumata görə, komanda çempion ola bilməyincə, danışıq apardığı bəzi futbolçular klubla danışıqları dayandırıb.

Əslində bu da başadüşüləndi. Çünki komanda çempion olacağı halda Çempionlar Liqasında iştirak edəcəkdi.

Bu isə danışıq aparılan futbolçuların seçimlərinə də birbaşa təsir edirdi. Çünki bir çox futbolçu məhz Çempionlar Liqasının adına görə “Qarabağ”la danışıqlara başlamışdı. Komandanın Çempionlar Liqasında yox, Konfrans Liqasında çıxış edəcəyi məlum olunca, təbii ki, əksər futbolçular da “Qarabağ” variantının üstündən xətt çəkib. İndi Qurban Qurbanov üçün futbolçu seçimi etmək daha çətin olacaq.