“Qarabağ”ın transfer siyahısındakı futbolçu 500 min maaş istədi, amma...
- 07 Sen 2021 18:00
- 722
Yay fasiləsində “Qarabağ”ın transfer gündəmində olan Qayas Zahid klubu APOEL-dən ayrılıb.
Rekord.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Nikosiya təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib.
“Omoniya” və AEK-dən gələn təklifləri də rədd edən Norveç millisinin üzvü Avropanın digər ölkələrindən birinə köçməkdə maraqlıdır.
Hazırda azad agent statusu daşıyan Zahid “Qarabağ”la yanaşı, Türkiyə, Macarıstan və Qazaxıstan klublarının da maraq dairəsində olub. Lakin futbolçunun keçəcəyi klubdan tələbi illik 500 min avro maaşdır.
Məhz bu amil onun hansısa komandaya keçidinə hələlik mane olur. Qayas Zahid 2017-ci ildən APOEL-in formasını geyinib.