“Qarabağ”ın “Turan Tovuz”la 6-cı dueli
- 19 Okt 2023 23:51
- 359
“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.
Rekord.az xəbər verir ki, sözügedən komanda 2-ci dövrənin açılış matçında meydana çıxacaq.
Qurban Qurbanovun yetirmələri 10-cu turun ilk günündə “Turan Tovuz”la görüşəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq. “Qarabağ” bunadək keçirilən 5 oyunun hamısında qalib gəlib. Xal itirməyən komanda 14 qol vurub və 3-nü buraxıb.
“Qarabağ” son üç duelin hərəsində üç qol vurub. Bu komanda ümumiyyətlə hər görüşdə 2 və ya daha çox qola imza atıb.
3-cü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qarabağ” səfərdəki qarşılaşmalıda 5 qol vurub. Meydan sahibləri əvvəlki iki matçda 2 dəfə fərqlənib.
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
20.10.2022. Qarabağ - Turan Tovuz - 3:0
09.11.2022. Turan Tovuz – Qarabağ - 0:2
25.01.2023. Turan Tovuz – Qarabağ - 2:3
28.05.2023. Qarabağ - Turan Tovuz - 3:1
13.08.2023. Qarabağ - Turan Tovuz - 3:0