Heç kimə sirr deyil ki, "Qarabağ" ardıcıl olaraq avrokuboklarda oynamaqla həm də büdcəsini zənginləşdirir. Çünki Avropada hər dəfə mərhələ keçəndə UEFA-dan müəyyən məbləğdə vəsait daxil olur. 


Rekord.az xəbər verir ki, qrupa düşərkən də bunun üçün əlavə vəsait verilir.

 

Qrupda qazanılan 1 xal və 3 xala görə də yaxşı vəsaitlər əldə edirsən. Məsələn, APOEL son turda "Qarabağ" üzərindəki qələbəyə görə, 570 min avro qazanıb (1 milyon manatdan çox). Əgər "Qarabağ" rəqibini məğlub etsəydi bu məbləğ ağdamlılara çatacaqdı. Hansı ki, həmin məbləğə bizim Premyer Liqada bir mövsüm komanda da saxlamaq olar.


Ümumilikdə isə, "Qarabağ" son 6 ildə avrokuboklarda iştirak və yığdığı xallar müqabilində UEFA-dan 45 milyon avrodan artıq vəsiat əldə edib. Bu isə Azərbaycan standardları qarşılığında çox əla göstəricidir.