"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.

Rekord.az-ın xəbəribə görə, bu haqda 27 yaşlı kolumbiyalı müdafiəçi "İnstaqram" hesabında paylaşım edib.

O, Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq. 

Qeyd edək ki, Kevinanın koronavirus pandemiyasına görə viza almasında çətinlik yarandığı üçün onun Azərbaycana gəlişi yubanırdı.