“Qarabağ”ın müraciəti, “Kəpəz”in razılıq məktubu ilə Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin “Kəpəz” - “Qarabağ” və üçüncü dövrəsinin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu addım Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer”lə görüşə daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Beləliklə, 12-ci turun duelində “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.