“Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi
- 18 Okt 2019 17:20
- 818
Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Keşlə”nin əvəzedicilərdən ibarət komandası “Ağsu” ilə ev oyununda 4 cavabsız qola sevinib. “Kəpəz” isə “Qarabağ”ın əvəzedicilərini minimal hesabla üstələyib. “Qaradağ Lökbatan” da “Zirə”nin əvəzedicilərinə oxşar hesabla qalib gəlib.
“Neftçi-2” – “Zaqatala” matçında isə qonaqlar qələbə qazanıblar.
Birinci Divizion
7-ci tur
18 oktyabr
“Qaradağ Lökbatan” – “Zirə-2” 1:0
Qol: Rövşən Şahmuradov, 81.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
“Neftçi-2” – “Zaqatala” 1:2
Qol: Əlibəy Məmmədli, 63 – Famil Camalov, 40-pen. Coşqun Əsədzadə, 86-öz qapısına.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Kərim Zeynalov, Fərid Hacıyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
“Kəpəz” – “Qarabağ-2” 1:0
Qol: Nodar Məmmədov, 84.
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Gəncə şəhər stadionu.
“Keşlə-2” – “Ağsu” 4:0
Qol: Elmir Rəhimzadə, 61. Xəzər Mahmudov, 62; 68. Elmir Rəhimzadə, 77.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kamran Bayramov, Rəşad Əhmədov.
“AZAL Arena”.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq: MOİK – “Sabah-2”, “Sumqayıt-2” – “Turan Tovuz”.
Bu tur “Səbail-2” komandası istirahət edir.