Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, turun daha çox maraq doğuran oyunlarından “Qarabağ” – “Keşlə” matçı Kamal Umudluya, “Sumqayıt” – “Neftçi” görüşü isə Rauf Cabarova həvalə olunub.

“Zirə” – “Səbail” oyununu İnqilab Məmmədov, “Qəbələ” – “Sabah” qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
27-ci tur

14 may

“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
 
“Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kərim Ağayev.
“Azersun Arena”, 19:00.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Kapital Bank Arena”, 19:00.