"Omoniya"nın azarkeşləri "Qarabağ"a qarşı Konfrans Liqasının qrup oyunundan öncə kluba ciddi mesajlar göndərib.

Rekord.az xəbər verir ki, "Lakatamiya" fan-klubunun üzvləri sabahkı matçda komandadan qələbə gözlədiklərini bildirib.

"Tarixi gün yaxınlaşır. "Omoniya" uzun fasilədən sonra ilk dəfə avrokubokların qrup matçına öz azarkeşləri qarşısında çıxacaq. Hədəflər yavaş-yavaş böyüyür.

Buna görə də fanatlar komandadan qələbə, həmçinin pley-offa vəsiqə gözləyir.

Sabah futbolçularımızı layiq olduqları şəkildə qarşılayacaq, onları tarixi qələbəyə ruhlandırmaq üçün 90 dəqiqə dayanmadan mahnı oxuyacağıq. Bütün Avropa bizim 73 illik şanlı tariximizdə 94 titul qazanmış klub olduğumuzu bilməlidir", - məlumatda vurğulanıb.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.