"Kayrat"ın baş məşqçisi Kurban Berdıyevlə oyunçular arasında narazılıq yaşanıb.

Rekord.az xəbər verir ki, oyunçular 69 yaşlı mütəxəssisdən daha çox şey gözləyirlər.

Onlar baş məşqçinin müdafiə futbolu oynatmasını qəbul edə bilmirlər. Futbolçular hətta autsayderlərlə görüşlərdə də belə oyun üslubunun seçilməsindən narazı qalıblar.

Berdıyev komandaya 5-li müdafiə üslubu aşılayır. Bu isə azarkeşləri qəzəbləndirir.

Fanatlar türkmənistanlı mütəxəssisi ilk iki oyundan sonra fitə basıblar və hücum futbolu oynadan əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını tələb ediblər.

Digər tərəfdən, komanda çempionluq şansını faktiki itirib. Qazaxıstan çempionatının sonuna 3 tur qalmış "Kayrat" lider "Astana"dan 9 xal geri qalır.

Klub rəhbərliyi isə Berdıyevi baş məşqçi postuna təyin edərkən ondan qızıl medal gözləyib. Onunla müqavilə yarım illik - mövsümün sonunadək nəzərdə tutulsa da, sözləşmədə daha iki il uzadıla bilməsi şərti də yer alıb.

Hələlik onun komandadan gedişi müzakirə mövzusu deyil. Lakin baş məşqçi qarşısına qoyulan tapşırıqları yerinə yetirə bilməyib.

"Kayrat" Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.

Ad - 00:08

ƏTRAFLI

Shah Freedom 10 sec

"Kayrat" rəhbərliyi ilə yaxın əlaqələri olan qazaxıstanlı jurnaslitlərdən biri düşərgədəki mövcud vəziyyətlə bağlı redaksiyamıza maraqlı məlumat verib.

Onun bildirdiyinə görə, 3 aydır klubda maliyyə sıxıntısı yaranıb. Xüsusən yüksək ödənişli futbolçuların maddi şərtlərinin yerinə yetirilməsində problem var.

Berdiyev bəzi lider oyunçularla yolların ayrılmasını idarəçilərdən tələb edib. Baş məşqçi bildirib ki, onlar kollektiv daxilində təfriqə salır, ab-havanı pozur, daxili intizam kodeksinə etinasız yanaşır.

Bu qeyri-müəyyənlik Berdiyevin əlini “işdən soyudub” və Bakı səfərindən sonra istefa verməsi ciddi ehtimaldır.

Konfrans Liqasının ilk 2 turunda “Omoniya” ilə evdə 0:0 edib, səfərdə “Bazel”ə 2:4 hesabıyla uduzan “Kayrat” üçün Azərbaycan paytaxtında keçiriləcək qarşılaşma həlledici əhəmiyyət daşıyır.

Qonaqlar burada növbəti yenilgi ilə üzləşərsə, tanınmış mütəxəssisin iş yerindən ayrılması gözlənilir.