“Qarabağ”la oyun üçün vaxtımız azdır” – “Şerif”in baş məşqçisi
- 20 Avq 2020 18:21
- 537
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şerif”in baş məşqçisi Zoran Zekiç açıqlama verib.
Rekord.az xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsində “Fola Eş”ə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışan Moldova klubunun çalışdırıcısı, Ağdam təmsilçisi ilə oyunla bağlı bunları bildirib:
“Birinci mərhələdə qalib gəlmək vacib idi. Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq. “Qarabağ” “Fola Eş”dən daha güclüdür. Həm müdafiədə, həm də hücumda daha yaxşı oyun göstərməliyik. Artıq növbəti oyuna hazırlaşmalıyıq. “Qarabağ”la oyun üçün vaxtımız azdır. Bu rəqibə qarşı ciddi hazırlaşmalıyıq”.
Avqustun 26-da Bakıda keçiriləcək “Qarabağ” – “Şerif” oyununa saat 20:00-da start veriləcək.