İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasında “Sivasspor”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, Emeri, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Sivasspor”la oyun bizim üçün çətin oldu. Sona qədər mübarizə apardılar. “Sivasspor”un yaxşı futbolçuları var və onlar əllərindən gələni etdilər. Oyunda məğlub ola bilərdik, amma yaxşı bir iş bacardıq”.

Emeri, qrup mərhələsinin son turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunuyla da bağlı fikirlərini bildirib:

“3 xal bizə inam verdi və belə davam edəcəyik. “Qarabağ”la oyundan əvvəl növbəti mərhələyə vəsiqəni təmin etdik. Bu, bizə bir az rahatlıq verdi, lakin “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq”.

“Vilyarreal” – “Qarabağ” görüşü dekabrın 11-də keçiriləcək.