Polşanın “Legiya” klubunun müdafiəçisi Filip Mladenoviç Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Drita” (Kosovo) üzərində qazandıqları qələbəni şərh edib.

Rekord.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olub.

Mladenoviç Ağdam klubu ilə oyuna daha yaxşı hazırlaşacaqlarını söyləyib:

“Dritanı hərtərəfli təhlil etdik və güclü tərəflərindən istifadə etməsinə imkan vermədik. Çətin anlar geridə qaldı. Baş məşqçinin istefası və üzərimizdəki təzyiqlə bağlı bütün qarışıqlıqdan sonra “Drita”nı məğlub etmək bizim üçün asan olmadı. Yaxşı komanda olduğumuzu və güclü tərəfimizi göstərməyə çalışırıq. Ucaboy və başla oynamağı bacaran oyunçularımız olduğu üçün hava mübarizələrində yaxşı imkanlar yaradırıq. Komandada yeni baş məşqçi və yeni oyunçular var. Bu mənada düşünürəm ki, “Qarabağ”a qarşı bundan daha hazırlıqlı olacağıq”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.