Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Rekord.az xəbər verir ki, bu ada İngiltərənin "Liverpul" klubundan Kodi Qakpo, Fransanın "Olimpik” (Marsel) komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi "Frayburq"dan Mixael Qreqoritş və Norveçin "Molde" kollektivindən Kristian Eriksen iddia edir.

Yarımmüdafiəçi Eriksen məhz "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.