“Qarabağ”la oyunda qələbə qazanmağa çalışacağıq ki...”
- 03 Noy 2019 11:30
- 636
Kiprin APOEL klubunun yarımmüdafiəçisi Andre Vidiqal ölkə çempionatının 8-ci turu çərçivəsində Larnaka AEK-inə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, portuqaliyalı futbolçu yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb:
“Bizim qol vurmaq üçün daha çox şansımız var idi. Amma həlledici zərbələrdə və ötürmələrdə dəqiqlik çatışmadı. Bu gün iki xal itirdik. Belə xal itkiləri ilə üzləşməmək üçün daha çox çalışmağa davam etməliyik. “Qarabağ”la oyunda qələbə qazanmağa çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanmaq şansımızı qoruyaq”.
Xatırladaq kii, “Qarabağ” APOEL-ə qarşı ilk oyunu oktyabrın 24-də Bakıda keçirib və 2:2 hesablı heç-heçəyə razılaşıb. Bu komandalar arasındakı ikinci görüş isə noyabrın 7-də Kiprdə baş tutacaq.