“Demək olar ki, üç gündən bir oyun keçirəcəyik. Beş həftə ərzində 11 matçdan ibarət marafondan üzüağ çıxmalıyıq”.

Rekord.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Giorqos Donis deyib.

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İsrail təmsilçisinin 51 yaşlı çalışdırıcısı ilin sonuna qədər onları çətin dönəmin gözlədiyini söyləyib:

“İlin sonuna qədər çempionatda 8, Avropa Liqasında isə 3 oyunumuz var. Sıx təqvimdə çıxış etmək çətindir.

Buna baxmayaraq, hər görüşə ayrı-ayrı yanaşacağıq, hər oyun bizim üçün final kimidir. Yaxşı formada olduğumuzu göstərməli, baxımlı oyun göstərməli və uğurlu nəticə əldə etməliyik”.

"Makkabi” ilə “Qarabağ” Avropa Liqasının V turu çərçivəsində dekabrın 3-də üz-üzə gələcək.