“Qarabağ”la “Qəbələ” polisə görə cərimə olundu
- 25 Fev 2020 19:35
- 872
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah”ın futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.
“Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ”ın futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qarabağ” klubu 400 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qəbələ” klubu 400 manat cərimə olunub.