![photo](https://www.rekord.az/storage/uploads/5/af8383e9-ff83-3787-b399-6428a1ba82e2-850.jpg)
“Qarabağ”la “Sabah” ilk oyunlar üçün səfərə yollandılar
- 25 İyl 2023 12:40
- 288
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Latviyanın RFŞ komandası ilə qarşılaşacaq “Sabah” da bu gün ilk oyun üçün sözügedən ölkəyə yollanıb. Bu komandaların ilk oyunu sabah baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.