AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda Əvəzedicilər Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi-2” – “Qarabağ-2” oyununun 73-cü dəqiqəsində “Qarabağ-2” komandasının 62 nömrəli futbolçusu Zaman Zamanlı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qarabağ-2” komandası 150 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Səbail-2” komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Səbail-2” komandası 150 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyununun 2-ci hissəsi “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Sabah-2” komandası 150 manat cərimə edilib.

“Sumqayıt-2” – “Zirə-2” oyununun 34-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 64 nömrəli futbolçusu Kənan Feyziyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.