“Qarabağ”la “Sumqayıt”ı azarkeşləri ziyana saldılar
- 12 Dek 2024 14:40
- 107
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 16-cı turunnu oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilib.
“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib.
“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.