![photo](https://www.rekord.az/storage/uploads/4/lokbatan.jpg)
"Qaradağ Lökbatan" Lökbatanı tərk etdi
- 31 Avq 2023 17:00
- 888
Uzun illərdi I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" məkan dəyişikliyinə gedib.
Rekord.az xəbər verir ki, komanda bundan sonra ev oyunlarını Lökbatan qəsəbəsində keçirməyəcək.
Komanda yeni mövsümdən rəqiblərini BOS-un ehtiyat meydançasında qəbul edəcək. Bunun dəqiq səbəbi haqda hələlik məlumat verilmir.