I Liqanın 14-cü turu lider "Qaradağ Lökbatan"ın məğlubiyyəti və zirvəni əldən verməsi ilə yadda qaldı.

Rekord.az xəbər verir ki, bu oyunda diqqət çəkən məqamlardan biri də Lökbatan təmsilçisinin kapitanı Ürfan İsmayılovun ehtiyatda qalması idi.

Əldə etdiyimiz məlumata görə, kapitan heç də oyununa görə ehtiyatda qalmayıb. Belə ki, qış fasiləsi dönəmində "Qaradağ Lökbatan" "İmişli" ilə yoxlama görüşü keçirib və Ürfan həmin oyunda ciddi zədə alıb. Zədəsi hazırda saöalsa da, futbolçu hələ tam hazır olmadığı üçün məşqçilər korpusu "Karvan"la 14-cü tur matçında ona şans verməyib.