I Liqada 1-ci yerdə gedən "Qaradağ Lökbatan" mövsüm ilk sırada bitirsə belə, bu komandanın elitada oynayacağı sual altındadır.

Rekord.az xəbər verir ki, səbəb Lökbatan təmsilçisinin infrastrukturla bağlı lisenziyalaşmanın tələblərinə cavab verə bilməməsidir.

AFFA bir ara bu komandanı Ağsuya köçürmək istəyirdi. Əgər Premyer Liqada say artımı olsaydı federasiya aşağıdan 3 komanda gətirəcəkdi ki, bunlardan da biri "Qaradağ Lökbatan" olacaqdı. Komanda elitaya gələndən sonra Ağsuya göndəriləcəkdi. Lakin say artımı ilə bağlı plan təxirə salındığından federasiya hazırda şəraiti ən yaxşı olana üstünlük verəcək ki, bu baxımdan da "Şamaxı" öndədir. Nəzərə alaq ki, Ağsuda stadionun təmiri hələ də davam edir və yeni mövsümə kimi başa çatdırılması real görünmür. "Qaradağ Lökbatan"ın işini çətinləşdirən əsas məqam da məhz budu.