“Qaradağ Lökbatan” rəhbərliyi keçmiş baş məşqçini yenidən görəvə gətirib.

Rekord.az xəbər verir ki, Elçin Dərgahquliyev komandanın sükanı arxasına qaytarılıb.

I Divizion təmsilçisi onunla 1 illik müqavilə imzalayıb.

Lökbatan komandasını ötən mövsüm Nazim Əliyev çalışdırıb. QL başbilənləri mütəxəssislə müqaviləni uzatmağı lazım bilməyib.

Buna səbəb komandanın uğursuz nəticələr əldə etməsidir. QL 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb ki, bu da klubun kuratoru Sadıq Sadıqovu razı salmayıb. (sportinfo.az)