Qaradağ rayon Gənclər və İdman İdarəsi və Lökbatan bələdiyyəsinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən “Dəmir yumruq” idman zalında Şəhidlərin xatirəsinə həsr olunmuş kyokuşinkaykan karate idman növü üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, qaliblər diplom və medallarla təltif edilib.

Sonda il ərzində fərqlənmiş idmançılar, məşqçilər və hakimlər mükafatlandırılıb.