İtaliya A Seriyasında may ayının ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini ən yaxşı məşqçi olub.

Onun komandası may ayında 3 oyun keçirib və bu matçların hamısında qalib gəlib. "Atalanta" sona 1 tur qalmış sıralamada 66 xalla 5-cidir. 

"Atalanta" mayın 22-də Avropa Liqasının finalında "Bayer"i məğlub edərək çempion olub.

“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafyori isə bu ayın ən yaxşı oyunçusu elan edilib. O, mayda meydana çıxdığı 3 oyunda 2 qol vurub, 1 assistlə yadda qalıb.