Qattuzo “Fiorentina”dan ayrıldı
- 2021-06-17 18:15
- 16703
Ötən ayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunan Cennaro Qattuzo klubu tərk edib.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qattuzonun klub rəhbərliyi ilə fikir ayrılıqlarına görə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qattuzo mayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunmuşdu.