Marsel “Olimpik”inin baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib. 

Rekord.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə xitam verilib.

Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi.

Bu komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.