İtaliyanın “Napoli” klubunun baş məşqçisi Cennaro Qattuzonun bacısı Franseska vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qattuzonun bacısı 37 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

“Napoli”nin prezidenti, futbolçuları və məşqçiləri Qattuzoya başsağlığı veriblər.