Qaxda keçirilən futbol turnirinin qalibi məlum oldu
- 27 Noy 2023 12:14
- 315
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyevin 100 illiyi" nə həsr edilmiş idarə və təşkilatlar arasında keçirilən mini-futbol üzrə rayon birinciliyinin final oyunları keçirilib.
Rekord.az xəbər verir ki, birinci yeri Qax rayon İcra Hakimiyyətinin komandası tutub.
İkinci yeri Almalı bələdiyyəsi,üçüncü yeri isə Qarabaldır bələdiyyəsi komandaları tutmuşlar. Qalib komandalar kubok,medal və diplomlarla təltif olunmuşdur.