Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayon üzrə gənclər və idman sektorunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 2007-2009-cu il təvəllüdlü məktəblilər arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, şəhər stadionunda keçirilən yarışda 15 məktəbdən 128 nəfər iştirak edib.