Qax Olimpiya İdman kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat olimpiadasının açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, mərasimi Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açıq elan edərək iştirakçıları salamlamış, ölkə rəhbərliyinin idmana olan diqqətindən ,qayğısından söz açmışdır.

Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək belə yarışların bölgələrdə idmanın şahmat növünün kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib, şahmatçılara gələcək yarışlarda uğurlar arzulayıb.Yarışda 45 rayondan məktəb və klublardan 486 nəfər iştirak edib.Onlardan 354 nəfəri oğlan,132 nəfəri isə qızlardır. A qrupunda 262 , B qrupunda isə 224 şahmatçı mübarizə aparır.