Qayıbov Çinin idman nazirinin müavini ilə görüşdü
- 15 Fev 2022 13:21
- 522
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Pekinə səfəri çərçivəsində Çinin idman nazirinin müavini, bu ölkənin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunq Çuanla görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub.
Çində hazırda qış olimpiya oyunları keçirilir.