Füzuli rayonunun Qayıdış qəsəbəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Füzuli” Uşaq Futbol Klubunun birgə təşkilatçılığı ilə futbol turniri keçirilib. “Rekord.az” xəbər verir ki, yarış 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

 

Turnirin qalibi adına Böyük Bəhmənli 1 N-li kənd orta məktəbi qazanıb. 2-ci yeri Füzuli UGİŞM, 3-cü yeri Qayıdış qəsəbəsi 6 N-li orta məktəbin komandası tutub. 4-cü pillədə isə Skautlar qərarlaşıblar.