Qazax Göyəzən klubunun nəzdində idman zalında Qazax-Tovuz Regional Gənclər və İdarəsi tərəfindən ''İdman hamı üçün'' layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov və ağırlıqqaldırma üzrə məşqçi müəllim Rafayıl İbrahimov iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır. Daha sonra yeniyetmə və gənclərin nümunəvi çıxışlarına baxılıbdır.