Qazaxda ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar
- 22 Avq 2024 13:00
- 374
Qazax Göyəzən klubunun idman zalında Qazax-Tovuz Regional Gənclər və İdarəsi tərəfindən ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov və ağırlıqqaldırma üzrə məşqçi müəllim Rafayıl İbrahimov iştirak edibdir.Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır. Daha sonra yeniyetmə idmançıların nümunəvi çıxışlarına baxılıbdır.