Qazax Olimpiya İdman Kompleksində “Zəfər Günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda məktəbin 30-a yaxın idmançısı mübarizə aparıb.

Yarışı giriş sözü ilə Qazax-Tovuz RGİİ-nin rəis müavini Elçin Çəfərov açaraq Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyət kəsb edən “Zəfər Günü”nün mahiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb.

Yarışın sonunda qalib idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılıblar.