Qazax Olimpiya İdman Kompleksində 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Qazax UGİM-nin açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Gədəbəy, Ağstafa və Qazaxdan olan 42 nəfər idmançı öz qüvvələrini sınayıb.

Gərgin və maraqlı şəraitdə keçən yarışda yüksək nəticə əldə etmiş idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunub.