
Qazaxda cüdo üzrə UGİM birinciliyi keçirilib
- 08 Apr 2025 14:45
- 124
Qazax rayon Olimpiya İdman Kompleksində 2013-2014- cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Qazax rayon UGİM- nin açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş idmançılar müvafiq diplom və medallarla təltif olunublar.